`Qərbin etdiyi inqilablar xalqlara faciə gətirir`
Azərbaycanda radikal müxalifət nümayəndələrinin Ukraynada baş verən hadisələrə yanaşma tərzinin qüsurlu olduğunu bildirən BAXCP sədrinin müavini siyasi yönümündən aslı olmayaraq, baş verən hadisəyə obyektiv qiymət verilməli olduğunu bildirib: "Ukraynada inqılab baş verəndə bizim bu "yetim müxalifət" bütün günü sevinirdi ki, Ukraynada inqilab baş verib. Bu adamlar yetim uşaqlar kimi qalıblar ortada . Ayda bir dəfə mövqeylərini dəyişirlər. Onlar bir məqamı yaddan çıxarmışdılar ki, baş verən inqilab Rusiyaya qarşı idi və Rusiyanın adamı olan Yanikoviçi ölkədən qovdular. Sizlər isə 2013-cü ildə Rusiyanın layihəsində Rüstəm İbrahimbəyov-Cəmil Həsənli ilə hakmiyyətə gəlmək istəyirdiniz. İndi Rusiyanın məğlub olmasına niyə sevinirdiniz? Əksinə, sizlər kədərlənməli idiniz. İndi isə özlərini Qərbpərəst, Amerikapərəst adlandırırlar. Və özlərini bu qüvvələrə yaxın göstərirlər. Görmürlər ki, Qərb və ya ABŞ Ukrayanada hansı mövqeyi tutub? Bir daha əminliklə deyirəm ki, Qərbin və ya Avropa Birliyin etdiyi inqilablar xalqlara facilər gətirir".
Teqlər: