Azərbaycandan İrana rəsmi MÜRACİƏT

Azərbaycandan İrana rəsmi MÜRACİƏT
  13 Mart 2014    Oxunub:2648
“Xəzərdə kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı İrana rəsmi müraciət etmişik”.
AzVision.az-ın məlumatına görə, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı nazirliyin göstərişi ilə dərhal monitorinqlərə başlayıb:

"Sevindirici haldır ki, bu günə kimi balıq ölümlərinə rast gəlməmişik. Sahil boyu yerləşən ərazilərdən mütəmadi olaraq müsbət məlumatlar alırıq. Buna baxmayaraq, İran İslam Respublikasına rəsmi müraciət də göndərdik. Onlar bildirdilər ki, Mazandaran sahilində ölüm halları qeydə alınmayıb. Bizdə bu hal müşahidə edilmədiyindən, heç bir qadağa tətbiq edilməyib".

Sevinc


Teqlər:





Xəbər lenti