Polisi bıçaqlayan şəxs həbs edildi
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, qeyd edilən tarixdə saat 19 radələrində A.Zeynalov Zaqatala şəhərində xidmətdə olarkən küçədə Ceyhun Camalovla Nərmin Heydərovanın mübahisə etmələrini görüb onlara yaxınlaşıb, sonuncu ona C.Camalovun onu təqib etdiyini bildirmişdir. A.Zeynalov C.Camalovdan qanunsuz hərəkətlərinə son qoymasını tələb edib və N.Heydərovaya Rayon Polis Şöbəsinə gedərək rəsmi müraciət etməsini izah edən zaman C.Camalov üzərində gəzdirdiyi cib bıçağını çıxarıb A.Zeynalovun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Ceyhun Camalov martın 12-də tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
AzVision.az