YAP-çı deputat həmsədrlərin işini bəyəndi

YAP-çı deputat həmsədrlərin işini bəyəndi
  13 Mart 2014    Oxunub:832
«Qlobal miqyasda gedən indiki proses fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəallaşması və danışıqların davam etdirilməsi müsbət hal kimi qeyd oluna bilər».
AzVision.az xəbər verir ki, bu fikirləri hakim partiyanın saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

«Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi tam açıq olan ölkədir. Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm ki, həm Prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları danışıqlar prosesə müəyyən təkan verə bilər. Buna görə də, danışıqların davam etdirilməsi məqbuldur»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.


Teqlər:





Xəbər lenti