Elmar Məmmədyarov Serbiya səfiri ilə görüşüb
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətind’n verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan ilə Serbiya arasında mövcud olan münasibətlərin inkişafından məmnunluq ifadə edib və səfirə bu münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.
Z.Vayoviç ölkəmizdən xoş təəssüratla ayrıldığını vurğulayıb və burada onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Teqlər: