Beynəlxalq müqavilə qəbul edilmədi

Beynəlxalq müqavilə qəbul edilmədi
  30 Mart 2013    Oxunub:1501
Anlaşma İran, Şimali Koreya və Suriyanın tutduğu mövqe səbəbindən qəbul olunmayıb
Silah ticarəti ilə bağlı beynəlxalq müqavilənin qəbuluna həsr olunan konfrans nəticəsiz başa çatıb.

Nyu-Yorkda aparılan 10 günlük danışıqlarda BMT-yə üzv 193 ölkənin nümayəndəsi sənəd layihəsi üzərində razılıq əldə edə bilməyib.Anlaşma İran, Şimali Koreya və Suriyanın tutduğu mövqe səbəbindən qəbul olunmayıb.Həmin ölkələr layihəni balanslışdırılmamış hesab edir.

BMT-nin baş katibi Pan Gi Mun sənədin qəbul olunmamasından məyusluğunu bildirib. Gələn həftə layihə BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq. Burada sənədin qəbulu üçün 50 dövlətin dəstəyi kifayətdir.


Teqlər:





Xəbər lenti