Ermənilər torpaqlarımızda yerləşdirilir

Ermənilər torpaqlarımızda yerləşdirilir
  22 Yanvar 2013    Oxunub:2137
Ermənistan 2012-ci ildə işğal edilmiş Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi prosesini davam etdirib.
Ötən 2012-ci il ərzində Ermənistan hökuməti işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşma siyasətini davam etdirib. Ermənistan KİV-lərinin yaydığı statistik məlumatlara görə ötən il ərazilərimizə 114 ailə (415 nəfər) köçürülüb. Onlar həm Ermənistan, həm də xarici ölkələrdə yaşamış ermənilərdir. Bu rəqəm ötən illə müqayisədə bir qədər azalıb. Belə ki, 2011-ci ildə 169 ailənin (580 nəfər) köçürüldüyü bildirilir.

Torpaqlarımızda yerləşdirilmiş ermənilərin əksəriyyəti Suriyadan qaçan məcburi köçkünlərdir. Azərbaycanın Dağlıq Qarabağa aid olmayan Laçın rayonunda 30 suriyalı erməni məskunlaşdırılıb.


Teqlər:  





Xəbər lenti