Azərbaycanlı iş adamına həbs qərarı
İstintaq zamanı M.Verdiyevin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində fiziki şəxslərdən 59 min manat dəyərində müxtəlif növ tikinti materiallarını, habelə Goranboy rayonu ərazisində aparılan tikinti-abadlıq işlərini həyata keçirən 27 nəfər usta və fəhlənin əmək haqlarının ödənilməsi üçün «Fəqan Xidmət Təşkilatı» MMC-dən nağd qaydada aldığı 21 min 138 manat məbləğində pulu mənimsəməsində və fiziki şəxs kimi 7 min 298 manat məbləğində vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 və 213.1-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.