Elnur Aslanov yeni işinə başladı - rəsmi AÇIQLAMA

Elnur Aslanov yeni işinə başladı - rəsmi AÇIQLAMA
  03 Aprel 2014    Oxunub:1145
Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov yeni işinə başlayıb.
Bu barədə AzVision.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Bildirib ki, Elnur Aslanovun əmri verilib və o ötən gündən işinə başlayıb.

Qeyd edək ki, PA-nin sabiq şöbə müdiri Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti