`Erməni soyqırımı` yenidən ABŞ senatında

`Erməni soyqırımı` yenidən ABŞ senatında
  04 Aprel 2014    Oxunub:924
ABŞ Senatı qondarma "erməni soyqırımı"nın ildönümü münasibətilə erməni iddialarını dəstəkləyən yeni qanun layihəsi hazırlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici Əlaqələr Komitəsinin sədri Demokrat senator Robert Menendez və Respublikaçı Partiya İllinois senatoru Mark Kirk tərəfindən Senata təqdim olunan layihədə, Obamaya 1915-ci hadisələrinin “soyqırım” kimi tanıması üçün müraciət olunur.

Qanun lahiyəsində qeyd olunur ki, prezident, Türkiyə Respublikasi tərəfindən törədilən erməni soyqırımıyla bağlı həqiqətlərin fərqinə varmalı, həmin soyqırımın bütöv şəkildə tanınmasını ehtiva edən ədalətli , konstruktiv , sabit türk - erməni münasibətlərinin qurulmasında maraqlı olmalıdır.

Qeyd edək ki, qanun layihəsi öncə Senatın Xarici Əlaqələr Komitəsində müzakirəyə və səsverməyə çıxarılacaq. Komitədə təsdiqləndiyi təqdirdə Senat Baş Məclisinin gündəminə gətirilə bilər.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti