Etibar Hüseynov: “Heç kimi təhqir etməmişəm”

Etibar Hüseynov: “Heç kimi təhqir etməmişəm”
  04 Aprel 2014    Oxunub:1267
Milli Məclisin deputatı Etibar Hüseynov Milli Məclisin bugünkü plenar iclasında KİV-də onun adından yayılan müsahibə və açıqlamaları təkzib edib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən deputat bildirib ki, sosial mediada təxribatla üzləşib: “10 gün müddətində heç bir KİV orqanına açıqlama və müsahibə verməmişəm. Amma müxtəlif saytlarda mənim adımdan təxribat xarakterli yazılar yayımlanıb. Gərək həmin məsələylə bağlı daha ətraflı danışaydım. Bildirmək istəyirəm ki, mən əhalini təhqiredici heç bir ifadə və açıqlama verməmişəm”.

Milli məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məsələni şişirtməyə ehtiyac yoxdur: “Dünən bizim Etibar Hüseynovla görüşümüz olub. Etibar Hüseynov öz qabiliyyəti çatacaq qədər ölkə əhalisindən üzr istəyib. Sədr deputata bundan sonra uğursuz açıqlama verməməyi məsləhət görüb”.

Qeyd edək ki, mətbuatda deputat Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirləri yayılıb.

Nihadə




Teqlər:  





Xəbər lenti