Təhsil müəssisələrində maska taxmaq məcburi deyil

   Təhsil müəssisələrində maska taxmaq məcburi deyil
  22 Aprel 2022    Oxunub:1694
Mayın 1-dən Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir. AzVision.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti