İtaliyalı deputatlar Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər

İtaliyalı deputatlar Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər
  29 Aprel 2025    Oxunub:285
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 29-da Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər.
Nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Səfər çərçivəsində italiyalı parlamentarilər, həmçinin Bakıda Zəfər parkına gələrək abidə önünə gül dəstələri düzüblər, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıblar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti