3 günlük matəm elan edilib

3 günlük matəm elan edilib
  05 Aprel 2013    Oxunub:1782
Argentinanın La Plata şəhərində daşqın qurbanlarının sayı durmadan artır.
Son məlumatlara görə tələfat göstəricisi artıq 56-ya yüksəlib. Paytaxt Buenos Ayresdə 6 nəfərin həyatına son qoyan sel suları yaşayış məskənlərinə də ciddi ziyan vurub. Minlərlə ailə öz ev-eşiyindən didərgin düşüb.

Evləri suyun altına qalan sakinlərin damlara çıxaraq xilas olmağa çalışdığı diqqətlərdən yayınmayıb. Fəlakət bölgəsinə səfər edən prezident Kristina Fernandes zərərçəkənlərə hər cür yardım göstəriləcəyini bildirib. Xanım prezident ölkədə 3 günlük matəm elan edib.


Teqlər:  





Xəbər lenti