Çində benzin və dizelin qiyməti ucuzlaşacaq

   Çində    benzin və dizelin qiyməti ucuzlaşacaq
  26 İyul 2022    Oxunub:1339
Çin hakimiyyəti ölkə daxilində benzin və dizel yanacağının pərakəndə satış qiymətlərində endirim elan edib.
Bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin saytında dərc olunmuş məlumatda deyilir. İyulun 27-dən etibarən bir ton benzinin dəyəri 300 yuan (təxminən 44 dollar), dizel yanacağının qiyməti isə 290 yuan (təxminən 43 dollar) ucuzlaşacaq. Müvafiq olaraq tənzimlənən benzinin bir tonunun qiyməti 10,380-10,820 yuan (1549-1614 dollar), dizelin isə 9425-9765 yuan (1406-1457 dollar) arasında olacaq.

Çinin mövcud yanacağın qiymətinin tənzimlənməsi siyasətinə əsasən, dünya bazarında neftin qiymətinin dəyişməsi daxili bazarda bir ton neft məhsulunun maya dəyərinin 10 iş günü ərzində 50 yuandan çox artmasına və ya azalmasına səbəb olarsa, benzin və dizelin qiymətlərinə düzəliş edilir.


AzVision.az



Teqlər:





Xəbər lenti