“Taxıl dəhlizi” taxılın qiymətini 100 dollar ucuzlaşdırdı

   “Taxıl dəhlizi” taxılın qiymətini 100 dollar ucuzlaşdırdı
  04 Avqust 2022    Oxunub:1297
“Taxıl dəhlizi” ilə bağlı sazişin icrasına başlanmasından sonra bir ton taxılın qiyməti 440-450 ABŞ dollardan 350-355 dollara enib.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişci deyib. Onun sözlərinə görə, taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər azalıb.

“Kiyev və Moskva arasında hər hansı problem qlobal vəziyyətə birbaşa təsir göstərir. İyulun 22-də İstanbulda imzalanan razılaşma daha böyük ərzaq böhranının qarşısını aldı. Razılaşmalar Türkiyə prezidenti və BMT baş katibinin səyləri ilə asanlaşdırılıb. İlk gəmi artıq Livana yollanır. Ümid edirik ki, prosesi problemsiz davam etdirəcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti