ARDNF-dən XƏBƏRDARLIQ

   ARDNF-dən    XƏBƏRDARLIQ
  16 Avqust 2022    Oxunub:1186
Son üç ayda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.
AzVision.az xəbər verir ki, bu barədə Fondun yaydığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-in İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.

"ARDNF bu paylaşımların tamamilə yalnış, həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırır və qeyd edib ki, onların Fondun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur", - deyə açıqlamada qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti