Bolqarıstan Azərbaycandan qaz tədarükünü artıracaq

   Bolqarıstan Azərbaycandan qaz tədarükünü artıracaq
  22 Avqust 2022    Oxunub:917
“Bolqarıstan hökuməti qaz tədarükünü artırmaq üçün Azərbaycanla danışıqları bərpa edir”.
Bunu Bolqarıstanın enerji naziri Rozen Xristov bildirib. “Biz həcmin artırılması ilə bağlı, həmçinin qiymətlə bağlı razılaşma üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmi artırmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik.

Onların qeyd-şərtləri var, məsələ yenə qiymətlə bağlıdır. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik, buna görə də bazar ertəsindən (bu gündən) danışıqlara başlayacağıq”, - deyə R.Xristov bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti