BEA ölkələri “qara qızıl”ın qiyməti ucuzlaşdıra bilər

   BEA ölkələri “qara qızıl”ın qiyməti ucuzlaşdıra bilər
  29 Avqust 2022    Oxunub:1184
Beynəlxalq Enerji Agentliyinin (İEA) icraçı direktoru Fatih Birol Stavangerdə keçirilən enerji və texnologiya üzrə ONS-2022 beynəlxalq konfransı çərçivəsində Reuters agentliyinə müsahibəsində deyib ki, quruma üzv dövlətlər dünya enerji qiymətlərindəki artımı cilovlamaq üçün strateji ehtiyatlarda olan qara qızılı satışa çıxara bilər.
“Əgər üzv ölkələrimiz tədarükün kəsilməsi nəticəsində ehtiyatların buraxılmasına ehtiyac olduğunu hiss etsələr, əminəm ki, bunu nəzərə alacaqlar”-deyə, o bildirib. “Bloomberg” daha əvvəl yazmışdı ki, Avropada qazın qiyməti Avropa ölkələrinin yeraltı qaz anbarlarının (UGS) doldurulması standartına cavab verməsi səbəbindən ucuzlaşıb.


AzVision.az


Teqlər:





Xəbər lenti