“Qazprom” “Şimal axını” ilə tədarükü dayandırıb

   “Qazprom” “Şimal axını” ilə tədarükü dayandırıb
  31 Avqust 2022    Oxunub:1412
Avqustun 31-də “Qazprom” Portovaya kompressor stansiyasının (CS) qaz nasos qurğusunda planlaşdırılan işlərlə əlaqədar “Şimal axını” ilə qaz nəqlini tamamilə dayandırıb.
Bu barədə Rusiya şirkətinin mətbuat xidməti məlumat yayıb. Şirkət rəsmiləri əlavə edib ki, elana əsasən, qaz nəqli Moskva vaxtı ilə saat 4:00-da dayandırılıb və sentyabrın 3-də bərpa olunacaq.

“Şimal axını” ilə tədarük tamamilə dayandırılıb, bu gün qaz kompressor qurğusunda planlı profilaktik işlərə başlanılıb”.

“Şimal axını”nın dayandırılması barədə daha əvvəl boru kəməri operatoru Nord Stream AG və Almaniyanın qaz ötürücü sistemlərinin (GTS) operatorları məlumat vermişdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti