Bakıda havanın temperaturu iqlim normasından 7 dərəcə yüksək olub

   Bakıda havanın temperaturu iqlim normasından    7 dərəcə yüksək olub
  03 Sentyabr 2022    Oxunub:1046
Dünən (sentyabrın 2-də) Bakıda havanın temperaturu iqlim normasından 7 dərəcə yüksək olub.
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

İmişli, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvarda duman müşahidə olunub, görünüş 50-150 metrədək məhdudlaşıb.

Havanın temperaturuna gəlincə, sentyabrın 2-də Bakıda iqlim normasından 7.0° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38-40° isti, Naxçıvan MR-da 39-41°, Şərurda 42° isti, dağlıq rayonlarda 29-32° isti, aran rayonlarında 36-40°, Hacıqabulda 41° isti olub.

AzVision.az



Teqlər: Hava  





Xəbər lenti