AK rəhbəri: "Azərbaycan kimi etibarlı qaz təchizatçılarına keçid üzərində işləyirik"

      AK rəhbəri: "Azərbaycan kimi etibarlı qaz təchizatçılarına keçid üzərində işləyirik"
  08 Sentyabr 2022    Oxunub:917
"Biz Rusiya qazından ABŞ və ya Norveç, Azərbaycan, Əlcəzair və digər etibarlı təchizatçılara keçid üzərində üçün çox çalışırıq. Əslində bu gün Norveç Avropa İttifaqına Rusiyadan daha çox qaz verir".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib.

O qeyd edib ki, Rusiya etibarsız təchizatçıdır və qaz bazarını aktiv şəkildə manipulyasiya edir. Onun sözlərinə görə, son altı ayda onlar Rusiyanın iqtisadiyyata və qitəyə təsirini xeyli zəiflədə biliblər. Bununla bağlı üç addım atılıb: birincisi tələbatın azaldılması, ikincisi Rusiyanın enerji resurslarının mərhələli şəkildə ləğv edilməsi, üçüncüsü isə bərpa olunan enerji mənbələrinə kütləvi şəkildə investisiya qoyuluşudur.

Avropa Komissiyasının rəhbəri mövcud vəziyyətin elektrik enerjisi bazarına təsirini də qeyd edib: "Hazırda biz ev təsərrüfatları və şirkətlər üçün elektrik enerjisinin astronomik qiymətləri, eləcə də böyük bazar dəyişkənliyi ilə üzləşirik. Ona görə də biz dərhal beş fərqli paket təklif edəcəyik".

AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti