Azərbaycanla Ermənistan nəqliyyatla bağlı paket razılaşmanı müzakirə edəcək

   Azərbaycanla Ermənistan nəqliyyatla bağlı paket razılaşmanı müzakirə edəcək
  14 Sentyabr 2022    Oxunub:938
“Moskva gözləyir ki, Rusiya-Azərbaycan-Ermənistan işçi qrupunun növbəti iclasında Azərbaycan və Ermənistan arasında qonşu ölkələrə mümkün çıxışı olan dəmir yolu və avtomobil yollarının işə salınması vurğulanmaqla yolların tikintisinə dair paket razılaşma əldə etmək mümkün olacaq”.
Bunu “RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. Onun sözlərinə görə, Laçın dəhlizi boyunca yeni yol aprelin 1-dən işə başlayacaq. Onun sözlərinə görə, avqustun 30-dan Laçından yan keçmək üçün nəqliyyatın hərəkəti müvəqqəti marşrut xətti üzrə aparılır.

“Laçın dəhlizinin iş rejiminin dəyişməməsi mühüm əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşruta keçəcəklər”, - Denis Qonçar bildirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti