İlham Əliyev: "Zəngəzur dəhlizi bütün ölkələr üçün faydalıdır"

      İlham Əliyev: "Zəngəzur dəhlizi bütün ölkələr üçün faydalıdır"
  16 Sentyabr 2022    Oxunub:1402
Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq, bu marşrut boyunca yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı əlavə edib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.

AzVision.az



Teqlər:





Xəbər lenti