"Hökumət buludu" təhlükəsiz olacaq

 "Hökumət buludu" təhlükəsiz olacaq
  22 Sentyabr 2022    Oxunub:1883
"Bəzən media vasitələrində hansısa dövlət qurumunun öz resursunu "Hökumət buludu"na köçürməsi xəbərlərini oxuyuruq". Bunu AzVision.az -a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Belə bir layihənin olduğunu deyən idarə rəisi qeyd edib ki, tamamlandıqdan sonra onun təhlükəsizliyinə cavabdeh qurum kimi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti çıxış edəcək.

"Hökumət buludu" layihəsi təkmilləşdiriləcək və orada nəzərdə tutulmuş əsas data mərkəz, passiv data mərkəz, eyni zamanda arxiv data mərkəzlərlə ara bağlantı və təhlükəsizliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təmin edəcək.

T.Məmmədov vurğulayıb ki, infrastrukturun özünün təhlükəsizliyinə rəy verildikdən sonra digər dövlət qurumlarının informasiya ehtyatlarını həmin sistemə daşınması həyata keçiriləcək. Köçürülmə ilə bağlı Nazirlər Kabinetinin keçid planı da var.

İdarə rəisi hazırda dövlət qurumlarının informasiya resurslarının “AzInTelecom” MMC-nin biznes həlli olan “Azcloud” bulud xidmətlərinə köçürülməli olduğunu vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti