Namazovun `Şurik`liyi: yeni dövr – REPLİKA

Namazov haradadır, “El” nə işlə məşğuldur?
Bu suala cavab tapmaq üçün Eldar bəyin özünə telefon açdıq. Ölkə gündəmindən, “El”in aqibətindən danışmaq istəsək də cənab Namazov tədbirdə olduğunu bəhanə gətirib telefonu qapatdı.
Biz də elə bilirdik, Namazov oturub evdə dincəlir, sən demə yazıq kişinin gecəsi-gündüzü yox imiş, dayanmadan tədbirlərdə, görüşlərdədir.
Söhdət Namazovun tədbirlərindən düşmüşkən yadımda maraqlı bir əhvalat düşdü:
Namazov, sən demə, bir dəfə pivəxanada oturub dostları ilə yeyib-içib piyvələnərkən jurnalistlərin biri ona zəng vurub müsahibə almaq istədiyini bildirir. Namazov isə jurnalistə danışa bilmədiyini deyərək sabah zəng vurmasını xahiş edir: “Qardaş çox mötəbər tədbirdəyəm sabah zəng vurarsınız”.
Nə isə, jurnalist səhərin gözü açılmamış eləmə tənbəllik yenidən Namazova telefon açır.
- Eldar bəy, dünən demişdiniz zəng vurum. Bir məsələ ilə bağlı fikirləriniz öyrənmək istədik?
Namazov yenə:
-Bağışlayın hazırda iclasdayam, çox vacib toplantıdır. İclas bitsin özüm sizinlə mütləq əlaqə saxlayacam.
Bir gün keçir, iki gün keçir... Namazov jurnalistə zəng vurmur.
Üçüncü gün jurnalist yenidən ona zəng vurur.
- Eldar bəy, bəs siz zəng edəcəksiniz? Neçə gündü sizin zənginizi gözləyirəm?
- Bağışla qardaşım, inanırsan həmin tədbir neçə gündür davam edir, başım ayılmaq bilmir. Dünən gecə də tədbirimiz o qədər ağır keçdi ki, baş ağrısından yata bilməmişəm...
Sonradan məlum olub ki, “təbdirdəyəm, iclasdayam” kimi ifadələr Namazov cənablarının kodudur. O adətən eyş-işrət məclislərində olanda özünü tədbirdə hiss etdiyindən zəng vuran jurnalistlərə belə cavab verirmiş.
Ay səni Namazov.... Gör bizi nə qədər aldatmısan.
Maraqlı sərgüzəştdən sonra keçək Namazovun hazırki fəaliyyətinə.
Gözünüz aydın biz elə bilirdik “El”i sel aparıb, sən demə Namazovun dəstəsi qurultaya hazırlaşır.
“Hazırda “EL” hərəkatı qurultay hazırlıqları ilə məşğuldur”.
Bunu “EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyir.
Namazov bizi bağışlasın haqqına girmişik, “El” gecə-gündüz aktiv siyasi fəaliyyətlə məşğuldur, xəbərimiz yoxdur.
Barmaqla sayılası qədər üzvü olan hərəkat kimin üçün qurultay keçirəcək?
E.Quliyevin sözlərinə görə, qurultay üçün hətta təşkilat komitəsi də yaradılıb. Özü də sədri Eldar Namazovdur.
“Komitənin sədri Eldar Namazovdur. Qurultay haqqında məlumat vermək səlahiyyəti Eldar Namazova verilib”.
Diqqət edin, bu cümləyə: “Məlumat vermək səlahiyyəti Eldar Namazova verilib”.
Ay qardaş, cəmi-cümlətanı bir iki üzvünüz var, kim verdi bu səlahiyəti Namazova? Nə vaxt verdi?
E.Quliyev qurultay xəbərini ətraflı dəqiqləşdirmək üçün “El”in daha bir üzvünə müraciət etdik. Qurultayın yerini, vaxtını soruşduq.
Nə eşitsək yaxşıdır:
-Qurultay? Hansı qurultaydan danışırsız?
Hə, Müsavatın qurultayını deyirsiz, biz onların işinə qarışmırıq.
Rüstəm İsmayılov
AzVision.az