Qarlı havada baş vermiş hadisələrə görə 2,7 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub

Qarlı havada baş vermiş hadisələrə görə 2,7 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub
  06 Mart 2025    Oxunub:442
Cari ilin 21 fevral - 2 mart tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib.
AzVision.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA bildirilib ki, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı 4 414 müraciət daxil olub. Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub.

“3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb”, - deyə ASA-nın məlumatında bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti