Köməkçisi Gülər Əhmədovanı yaddan çıxartdı

Köməkçisi Gülər Əhmədovanı yaddan çıxartdı
  07 May 2014    Oxunub:1147
Sabiq millət vəkili Gülər Əhmədovanın həbsdən azad edilməsi onun ailəsi ilə yanaşı yaxın çevrəsinin sevincinə səbəb oldu.
Vaxtilə G.Əhmədova ilə çiyin-çiyinə çalışan köməkçisi gənc yazar Əhməd Şahidovun sabiq deputatın azadlığa çıxması ilə bağlı təəssüratlarını öyrənmək istədik.

Hazırda Almaniyada olduğunu deyən Ə.Şahidov başının qarışıq olduğunu deyərək danışmaq istəmədiyini bildirib.

“Mən Almaniyadayam burda işgizar səfərdəyəm. Mənim heç nədən xəbərim yoxdur. Sonra danışarıq bu barədə”.

Qeyd edək ki, Əhməd Şahidov uzun illər G.Əhmədovanın deputat köməkçisi çalışıb. Sabiq deputatla Ə.Şahidovun həbsdən öncə möhkəm dostluq münasibətlərinin olduğu deyilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti