“AzerGold” QSC “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC  “Rebuild Karabakh”  sərgisində iştirak edir
  19 Oktyabr 2022    Oxunub:1457
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində təmsil olunur.
QSC-dən AzVision.az -a bildirilib ki, sərgidə Səhmdar Cəmiyyət tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurla bağlı icra edilən layihələrə dair təqdimatlar, həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstərici haqqında məlumatlar verilir. Sərgi pavilyonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılmış araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində QSC-nin geoloqları tərəfindən həyata keçirilən aktiv yerüstü axtarış-kəşfiyyat işləri haqqında geniş məlumatlar yer alır. Hasilat sahələri və ətraf ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər, o cümlədən sosial layihələrlə bağlı audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.

Natəvana həsr olunan qızıl sikkə buraxıldı
“AzerGold” QSC tərəfindən nümayiş etdirilən qızıl sikkə və külçələr, xüsusilə Qarabağ mövzusuna həsr olunmuş qiymətli məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi iştirakçıları “Qarabağ inciləri” və “Şuşa” sikkələri ilə yanaşı, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş qızıl sikkələrlə ilk dəfə “Rebuild Karabakh” sərgisində yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” oktyabrın 21-dək davam edəcək.






AzVision.az



Teqlər:   Sərgi   Sikkə  





Xəbər lenti