`Qərbdə açıq deyirlər ki, `Gedin, Rusiya ilə danışın`

Orduxanlının fikrincə, hamı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəcək gücdə deyil: `Biz, təklif kimi səsləndirmişik ki, bu məsələ yalnız Rusiya ilə birgə danışıqlarla həll oluna bilər. 20 il ərzində Qərbin Azərbaycana Qarabağla bağlı verdiyi nə olub? Onlar "Madrid Prinsipləri"ni təklif kimi irəli sürüblər. "Madrid Prinsipləri" bütövlükdə Azərbaycanın milli maraqlarına cavab vermir. Ermənistan tərəfi nəzərdə tutur ki, 5 ildən sonra referendum keçirilsin, Azərbaycan tərəfi 15 ildən sonra. Bunun fərqi nədir? Bu prinsplərə görə, 15 ildən sonra yenə də referendum keçirilməlidir. Bu da Azərbaycanın milli maraqlarına cavab vermir. Bu gün Amerika, Avropa Birliyi, BMT Azərbaycan dövlətini elə bir vəziyyətə gətirib çatdırıb ki, biz yeganə çıxış yolunu Rusiya ilə danışıqlarda görməyə başlamışıq. Yəni bunun səbəbi məhz Amerikanın, Avropanın Azərbaycana ikili standartla yanaşmasıdır. Qüdrət Həsənquliyevin bütün beynəlxalq tədbirlərdə, Avropada səlahiyyətli şəxslərlə görüşündə də onlar açıq şəkildə deyir ki, "gedin Rusiya ilə danışın". Ona görə də biz, bu məsələni qaldırmağa məcburuq. Bundan da radikal müxalifətin, Əli Kərimlinin təsirində olan KİV yararlanmaq istəyir, öz məqsədləri üçün fikrləri təhrif edirlər. 2013-cü ildə Rusiyanın layihəsi olan, Rüstəm İbrahimbəyov vasitəsilə yaradılan Milli Şuranın əli ilə hakimiyyətə gəlmək istəyən qüvvələr bu gün Qüdrət Həsənquliyevi Rusiyapərəst kimi təqdim edirlər. Amma bir neçə ay bundan qabaq bu layihənin Rusiyaya məxsus olduğunu bildikləri halda, alətə çevrilməyə razı oldular. Onlar İranla da saziş imzalayarlar ki, təki hakimiyyətə gəlsinlər".
Teqlər: