Rayonlara yağış yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında mayın 8-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 12-17, gündüz 27-32 dərəcə, dağlarda gecə 5-10, gündüz 19-24 dərəcə isti olacaq.
Teqlər: