Ziyafət Əsgərov də Minsk qrupundan narazıdır

“Çox təəssüf edirəm ki, münaqişənin həlli ilə əlaqədar yaranan Minsk qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib. Minsk Qrupuna daxil olan ölkələrin səfirləri Azərbaycana gəldilər-getdilər, bəyanat verdilər, hətta dedilər indi vaxtdır, bu münaqişəni həll etmək lazımdır. Amma çox təəssüf edirəm ki, Minsk Qrupu üzvlərinin hər iki ölkəyə səfəri heç nəyi həll etmədi. Ona görə də biz o fikirdəyik ki, bu problemin həllini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu həll edəcək”.
Nihadə Eyyubova
AzVision.az