Deputat Leyla Yunusla bağlı nazirə müraciət etdi

Deputat Leyla Yunusla bağlı nazirə müraciət etdi
  07 May 2014    Oxunub:1204
Millət vəkili Çingiz Qənizadə daxil işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, özünü `hüquq müdafiəçisi` adlandıran, əslində bu ad altında fəaliyyəti və yeganə marağı xarici təşkilatlar tərəfindən maliyyələşən, müxtəlif layihələr reallaşdırmaqla özünə var-dövlət, sərvət əldə etməyə çalışan Leyla Yunus son vaxtlar özü haqqında əzabkeş bir obraz yaratmaqla məşğuldur.
“İstintaqı aparılan cinayət işi ilə bağlı şahid qismində prokurorluq orqanlarına dəvət edilmiş L.Yunus qanunlara hörmət etmək əvəzinə istintaqın çağırışından yayınmağa üstünlük vermiş və daha uzağa gedərək iki xarici ölkə səfirliyinin əməkdaşlarının müşaiyəti ilə Bakı Beynəlxalq Hava Limanına gedərək ölkədən çıxmağa cəhd edib.

İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyduğu üçün L.Yunusun bu arzusu reallaşmamış və o geri qaytarılıb.

Növbəti gün onun evində qanunauyğun olaraq axtarış aparmağa gələn istintaq əməkdaşlarına köməklik göstərən polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər Leyla Yunus onları təxribata çəkməyə cəhd etmiş, polisə böhtan atmaqla yanaşı, gənc polis baş leytenantını əli ilə itələmiş, onun xidməti baş geyimi olan papağını başından götürərək yerə atıb”,- deyə məktubda bildirilir.

Millət vəkili müraciətdə vurğulayır ki, Leyla Yunus bu hərəkətilə nəinki polis əməkdaşını təhqir edib, həm də yerə atdığı papağın üzərində əks olunmuş dövlətimizin atributu olan gerbimizi də yerə adıb. L.Yunus bu hərəkəti ilə dövlətimizə olan münasibətini, “sevgisini” bir daha nümayiş etdirib.

“Bütün bunları L.Yunus bilərəkdən, qəsdən ona görə edib ki, polis ona qarşı zorakılıqla müşahidə olunan hərəkətlər etsin. Sosial şəbəkədə yayımlanan məlum video-görüntüdə Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbr və təmkin nümayiş etdirən həmin gənc polis baş lentenantının mükafatlandırılmasını Sizdən xahiş edirəm”,- deyə Çingiz Qənizadə vurğulayıb.


Teqlər:  





Xəbər lenti