Azərbaycan daxili dövlət borclanmasının yuxarı həddini artırıb

   Azərbaycan daxili dövlət borclanmasının yuxarı həddini artırıb
  25 Oktyabr 2022    Oxunub:857
Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mln. 300 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 min manat təsdiq ediləcək.
AzVision.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 milyon manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən ilin dövlət büdcəsində dövlət borclanmasının yuxarı həddi 1 mln. 100 min manat, xarici borclanmanın yuxarı həddi isə 600 min manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti