Atəşkəs yenə pozuldu

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
AzVision.az