Sabahdan hava mülayimləşəcək

Sabahdan hava mülayimləşəcək
  08 May 2014    Oxunub:1068
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-15, gündüz 22-27 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-15, gündüz 22-27 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əverişli olacaq.

Azərbaycanın rayonlarında mayın 9-da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti