Ermənilərdən Şuşa təxribatı

Ermənilərdən Şuşa təxribatı
  08 May 2014    Oxunub:1158
Gürcüstanda yaşayan ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar. Belə ki, Gürcüstanda yaşayan ermənilərin Tiflisdə Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzi Şuşanın işğalı gününü “Şuşanın Azadlığı Günü” kimi qeyd ediblər.

AzVision.az-ın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat yayıb.

Komitənin yaydığı bəyanatda qeyd edilir ki, erməni icmasının 9 may Qələbə günü adı altında belə bir tədbir təşkil etməsinin əsl məqsədinin iki ölkə arasında gərginlik yaratmaq olduğunu aydın başa düşülür:

“Eyni zamanda hesab edirik ki, Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz. Xüsusuilə də ona görə ki, Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir.

Ölkələrimizin müstəqillik tarixi ərzində Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb. Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmasını da olduqca məyus edib və onlar da öz münasibətlərini bildiriblər. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı başa düşəcək və nəzərə alacaq.”

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti