Amerikalılar Xocalını anacaqlar

Amerikalılar Xocalını anacaqlar
  09 May 2014    Oxunub:1435
ABŞ-ın Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamının 22-ci ildönümünün anılmasına dair sənəd qəbul etdi
Konnektikut ştatının Hartford şəhərində Ştat Kapitoliy (State Capitol) binasında (yerli qanunverici orqanın yerləşdiyi bina) təşkil olunmuş 4-cü illik Türkü Gününə(4th Annual Turkic Day at the State Capitol) həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, tədbir zamanı Konnektikut ştatı Nümayəndələr palatası spikerinin müavini Kevin Rayan (Kevin Ryan) və Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç (House majority leader Joe Aresimowicz) Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatı Nümayəndələr Palatası tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbova təqdim ediblər.


Teqlər:  





Xəbər lenti