Region TV sabahdan yayıma başlayır

Region TV sabahdan yayıma başlayır
  09 May 2014    Oxunub:1059
10 may tarixində ölkənin 10-cu müstəqil telekanalı Region TV ümumrespublika yayımına start verirəcək.
AzVision.az-ın məlumatına görə, Heydər Əliyevin doğum gününə təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutacaq.

Hazırda Region TV-ni açıq - rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda KTV, Ailə TV, ATV+ kabel operatorlarında telekanalın yayımı həyata keçirilir.

Yaxın günlərdə Connect Tv və BBTV-də də Region TV-ni izləmək mümkün olacaq. Telekanal həmçinin, Azersat –1 milli peyki vasitəsi ilə də yayımını həyata keçirir. Bölgələrdə isə yayım analoq rejimində həyata keçirlir. Yaxın 2 ay ərzində Region TV teləşəbəkəsinə daxil olan bütün regional telekanalların yayımı rəqəmsal formata keçəcək.

Region Tv-nin kollektivi cəmi 2 ay müddətində ümumrespublika yayımını həyata keçirmək üçün bütün lazımı hazırlıq prosesini keçib və artıq açılışa tam hazırdır. Hazırlıq mərhələsini uğurla başa vuran telekanal gələcəkdə efir məkanımızı yeni və fərqli layihələrlə bəzəməyi də planlaşdırır.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti