Azay Quliyev Bundestaqda görüşlər keçirib

Millət vəkili Bundestaqın Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı fraksiyasının üzvü Çarlz Huberlə də görüş keçirib. Çarlz Huber ölkəmizə böyük maraq göstərdiyini və onun inkişafını diqqətlə izlədiyini qeyd edib. Ölkəmizin iqtisadi inkişafı və enerji siyasətini daim izlədiyini bildirən Huber Almaniyanın EON şirkətinin ölkəmizin Şahdəniz layihəsinə qoşulmasından məmnunluğunu bildirib. Huber cari ilin iyun ayının ortalarında NATO PA-nın üzvü kimi ölkəmizə səfər edəcəyini qeyd edib. Almaniyalı millət vəkili Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu mövzusunda Berlində dəyirmi masa keçirməyi təklif edib.
Azay Quliyev ölkəmizin enerji siyasətinin prioritetləri haqqında məlumat verərək Avropanın enerji təminatında Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıb. Şura sədri Azərbaycanın regiondakı siyasi və iqtisadi çəkisini, Almaniyanın əsas partnyoru və Ermənistanla münaqişə vəziyyətində olmasını nəzərə alaraq ölkəmizlə bağlı Bundestaqda ayrıca dostluq qrupunun yaradılmasını təklif edib.
Azay Quliyev beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq, qondarma referendumlar keçirərək müstəqil dövlətlərin ərazilərinin işğalının qəbuledilməz olduğunu deyərək bu vəziyyətin Azərbaycan üçün tanış olduğunu qeyd edib. A. Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsinin nəticəsini Avropanın bu gün ağır şəkildə ödədiyini bildirib. Azay Quliyev Qarabağ probleminə Almaniya siyasətində daha artıq diqqət yetirilməsinin vacibliyini vurrğulayaraq bununla bağlı Bundestaqda dinləmələrin keçirilməsi təklifini irəli sürüb. Millət vəkili Dağlıq Qarabağdakı qondarma qurumun separatçılarına qarşı sanksiyaların qəbul olunmasının vacibliyini alman həmkarının diqqətinə çatdırıb.
Teqlər: