Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı Qəhrəmanı İsarafil Məmmədovun abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar. Əsgərlərin havaya açdıqları yaylım atəşindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev veteranlarla görüşüb söhbət edib, onların problemləri ilə maraqlanıb. Şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə minnətdarlıq edən müharibə veteranları arzu və təkliflərini də bildiribər.
Sonra “Şahin” hərbi idman oyunlarında iştirak edən məktəblilərin paradı olub. Paraddan sonra Xan bağında şəhər uşaq yaradıcılıq mərkəzi üzvlərinin qəhrəmanlıq və vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.