Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi
  10 May 2014    Oxunub:953
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

AzVision.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti