Sabah abituriyentlər imtahan verəcək

2014-2015-ci tədris ili üçün ali və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olmaq üçün 97 321 nəfər abituriyent sənəd verib. Abituriyentlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. Abituriyentlərin 23 475-i II, 26 167-si III ixtisas qrupuna sənəd verib.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada keçiriləcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
TQDK-dan bildiriblər ki, imtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
Sevinc İltifatqızı