Gülər Əhmədova Fəxri Xiyabana gedib

Gülər Əhmədova Fəxri Xiyabana gedib
  10 May 2014    Oxunub:1196
Sabiq millət vəkili, bir neçə gün öncə şərti azadlığa buraxılan Gülər Əhmədova dünən Fəxri Xiyabanda olub.
AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlu deyib.

Onun sözlərinə görə, Gülər Əhmədova mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət edib.

İlqar Mikayıloğlu bacısının Fəxri Xiyabana getdiyini təsdiqləyib.

“Bəli, doğrudur. Əslinə qalsa, burda təəccüblü heç nə yoxdur. Bacım rəhmətlik Heydər Əliyevin məktəbinin tələbəsidir. Hər bir tələbə də haradan gəlirsə-gəlsin, ilk olaraq müəllimini ziyarət etməlidir. Bacım oradan çıxandan sonra mənə demişdi ki, Heydər Əliyevin məzarına baş çəkməliyik. Mən də dedim ki, baş üstə, problem yoxdur. Gəldim, bacımı evdən götürdüm, gül alıb Fəxri Xiyabana getdik. Əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik, dualar oxuduq, sonra isə Zərifə xanımın məzarının ziyarət edib dualar oxuduq, baş əydik və sakitcə çıxıb getdik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti