Azərbaycanda general vəfat etdi

AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev mayın 10-da ömrünün 76-cı ilində vəfat edib.
Bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mərhumla vida mərasimi olacaq.
Dəfn mərasimi 2-cü Şəhidlər Xiyabanında keçiriləcək.
AzVision.az