43 yaşlı abituriyent imtahan verəcək

43 yaşlı abituriyent imtahan verəcək
  10 May 2014    Oxunub:1238
İmtahanda 18 min 298 abituriyentin iştirakı nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcək.

Komissiyadan AzVision.az-a verilən məlumata görə, imtahanda 18298 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 16831 nəfəri (II qrup üzrə 7237 nəfər, III qrup üzrə 9594 nəfər) Azərbaycan bölməsinin, 1467 nəfəri (II qrup üzrə 659 nəfər, III qrup üzrə 808 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7596 nəfəri (II qrup üzrə 4857 nəfər, III qrup üzrə 2739 nəfər) oğlanlar, 10702 nəfəri (II qrup üzrə 3039 nəfər, III qrup üzrə 7663 nəfər) isə qızlardır.

15367 nəfər orta ümumtəhsil məktəblərinin, 249 nəfər ali təhsil müəssisələrinin, 2682 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

60 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

Bakı şəhərində 8052, Naxçıvanda 896, Gəncədə 2193, Sumqayıtda 1083, Mingəçevirdə 829, Şəkidə 1000, Ağcabədidə 712, Göyçayda 803, Şirvanda 592, Lənkəranda 1203, Xaçmazda isə 935 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada keçiriləcəkdir. İmtahanların idarə olunmasına 143 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1557 nəzarətçi-müəllim cəlb olunacaqdır.

İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi akkreditasiyadan keçib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti