Əvvəlki illərin məzunları bu gün imtahan verir

Əvvəlki illərin məzunları bu gün imtahan verir
  11 May 2014    Oxunub:1270
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirir.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahan saat 11:00 başlayıb və imtahan prosesi 3 saat ərzində davam edəcək.

imtahanda 18298 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 16831 nəfəri (II qrup üzrə 7237 nəfər, III qrup üzrə 9594 nəfər) Azərbaycan bölməsinin, 1467 nəfəri (II qrup üzrə 659 nəfər, III qrup üzrə 808 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7596 nəfəri (II qrup üzrə 4857 nəfər, III qrup üzrə 2739 nəfər) oğlanlar, 10702 nəfəri (II qrup üzrə 3039 nəfər, III qrup üzrə 7663 nəfər) isə qızlardır.

15367 nəfər orta ümumtəhsil məktəblərinin, 249 nəfər ali təhsil müəssisələrinin, 2682 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

60 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

TQDK-dan bildiriblər ki, bu gün saat 16:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın facebook səhifəsində də yerləşdiriləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti