Naxçıvanda bədbəxt hadisə

AzVision.az-ın əldə etdiyi məlumata görə, hadisə təxminən saat 21.30 radələrində baş verib.
Məlumatda bildirilir ki, yeni təmirdən çıxmış Tarix-Memarlıq Kompleksinin keçidində dayanıb konsertə tamaşa edən şəhər sakinlərinin ayağının altından beton pillələr uçub. Nəticədə bir neçə şəhər sakini ciddi xəsarət alıb.
Baş vermiş bədbəxt hadisədən sonra konsert yarımçıq dayandırılıb. Hadisədə yaralananlar Naxçıvan Diaqnostika Mərkəzinə və Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.(aktual.az)
Teqlər: