Ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada öldü

Ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada öldü
  23 Noyabr 2022    Oxunub:609
Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib. Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti