Olland: `Fransa Qarabağ probleminin həlli üçün hər şeyi edəcək`

Olland: `Fransa Qarabağ probleminin həlli üçün hər şeyi edəcək`
  12 May 2014    Oxunub:1209
`Fransa Ermənistan və Azərbaycan arasında indiki münaqişənin sülh yolu ilə həllini tapmaq üçün ondan asılı olan hər şeyi edəcək`. Bunu Fransa prezidenti Fransua Olland bazar günü Bakıda bildirib.

"Mən regional səfər çərçivəsində Azərbaycana gəldim. Mən həmçinin Ermənistana və Gürcüstana baş çəkməyə hazırlaşıram", - Olland fransız vətəndaşlarıyla görüşdə bildirib.

Onun sözlərinə görə, on minlərlə həlak olanlar var, son zamanlar bəzi hadisələr baş verib.

"Buna görə Fransa Minsk qrupunun həmsədri kimi, Azərbaycana və Ermənistana münaqişəni sülh yolu ilə həllini tapmaq üçün əlindən gələ hər şeyi edəcək",- Fransa prezidenti bildirib.

"Mən düşünürəm ki, bu, hər iki ölkənin xeyrinədir", - Olland qeyd edib.


Teqlər:  





Xəbər lenti